Gürcüstanda işsizlik artıb - Hesabat

15:26 - 19.11.2021


19 noyabr, Fineko/abc.az.  Gürcüstanda işsizlik səviyyəsi 2021-ci ilin üçüncü rübündə artaraq 19,5% təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb. Bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz bəndi çoxdur.

Xüsusilə işsiz insanların çoxu şəhərlərdə yaşayır. İyul, avqust və sentyabr aylarında şəhər sakinlərinin 21,1%-i işsiz olub ki, bu da 2020-ci il məlumatından 1,9 faiz bəndi çoxdur. Kəndlərdə işsizlik səviyyəsi 17,2% təşkil edib (keçən illə müqayisədə 3,5 faiz bəndi çox). 

Bütün xəbərlər