Cəbrayılda iki məktəb tikintisinə hazırlıq başladı - İki qurum müqavilə imzalayıb

15:58 - 19.11.2021


 19 noyabr, Fineko/abc.az. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutu Cəbrayıl şəhərində 960 şagird yerlik akademik Mehdi Mehdizadə adına tam orta məktəbin tikintisi üzrə layihə-smeta sənədlərini hazırlayacaq.

ABC.AZ İnterfaks-a istinadən xəbər verir ki, Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Bakı Dövlət Layihə İnstitutu ilə 198,76 min manat məbləğində müqavilə bağlayıb.

Bütün xəbərlər