Gələn il çip qıtlığı olmayacaq - ABŞ Bankından proqnoz

12:00 - 22.11.2021


22 noyabr, Fineko/abc.az.  ABŞ-ın qlobal sərmayə bankı "JPMorgan" qlobal çip qıtlığının 2022-ci ilin ortalarına qədər davam edəcəyini proqnozlaşdırır.

ABC.AZ xəbər verir ki, Bankdan 2023-cü ildə çip qıtlığının olmayacağı qeyd edilib. 
"İlin ikinci yarısında işlər yaxşılaşa bilər, ancaq ilk altı ayda sektorda qıtlıqlar görülə bilər",- Bankdan bildirilib.

ABŞ və Avropada çip istehsalçılarının güclərini artıracaqlarını qeyd edən Bank, gələn ilin ortasından etibarən əlavə istehsalın qıtlığı aradan qaldıracağını hesab edir.

Bütün xəbərlər