“e.customs.gov.az” portalı vasitəsilə təqdim ediləcək elektron xidmətlərin sayı artırılacaq

12:12 - 22.11.2021


22 noyabr, Fineko/abc.az.  Müasir platformaların imkanlarından istifadə edərək innovativ həllərin tətbiqi Dövlət Gömrük Komitəsi (DGK) üçün daim əsas prioritet istiqamətlərdir.

Bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev  müsahibəsində deyib.

Səfər Mehdiyev: “Smart Customs”da sərnişinlər üçün sadələşdirilmiş bəyannamə aktiv ediləcək

O bildirib ki, DGK gələcəkdə də biznes-gömrük əlaqələrinin tam elektronlaşdırılması, xarici ticarət iştirakçıları üçün yeni imkanların yaradılması istiqamətində fəaliyyətini davam etdirəcək.
“Onu da bildirim ki, Komitə tərəfindən xarici ticarət iştirakçıları üçün “e.customs.gov.az” portalı vasitəsilə təqdim ediləcək elektron xidmətlərin sayının 30-a çatdırılması nəzərdə tutulub. Xarici ticarət iştirakçıları “e.customs.gov.az” portalında “Şəxsi kabinet”lərinə daxil olmaqla təqdim edilən elektron xidmətlərdən istifadə edə biləcəklər”, - deyə sədr qeyd edib.

© Azertag

 

Bütün xəbərlər