"Tesla" tətbiqində nasazlıq yarandı - Avtomobillər işə düşmədi

14:10 - 22.11.2021


22 noyabr, Fineko/abc.az.  Yüzlərlə sürücü Tesla tətbiqindəki nasazlıq səbəbindən elektrikli avtomobillərini işə sala bilməyib.

ABC.AZ-ın məlumatına görə, avtomobil mütəxəssisləri hesab edirlər ki, gələcəkdə də belə nasazlıqların qarşısını almaq mümkün olmayacaq. ABŞ və Cənubi Koreyada 500 elektromobil sahibi bu problem barədə məlumat verib.

"Tesla"nın rəhbəri İlon Mask isə problemi tətbiqdəki proqram yenilənməsi ilə izah edib. Problem gələcək müştərilərin şirkət sisteminə inteqrasiyası üçün yeni funksiyalardan birində idi. Bir müddət sonra problemlər aradan qaldırıldı. Müəllif: Elmir Murad

Bütün xəbərlər