Azərbaycandakı banklarda kredit portfeli manatla 15 milyard 957,3 milyondur

16:12 - 22.11.2021


22 noyabr, Fineko/abc.az. Oktyabrın 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 15 milyard 957,3 milyon manat təşkil edib.

9 ayda əməliyyat xərcləri 80 mln manatdan çox olan banklar - Siyahı

Əməliyyat xərcləri artan banklar - Siyahı

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, ümumi kredit portfelinin 13 milyard 69,2 milyon manatı və ya 81,9 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 97,4 faizi banklar, 2,6 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 871,1 milyon manat olub və ümumi kredit portfelinin 5,5 faizini təşkil edib.

Bütün xəbərlər