“Azfinance İnvestisiya Şirkəti”nin direktoru maliyyə qurumundan pay alıb

17:33 - 22.11.2021


22 noyabr, Fineko/abc.az.  “Azfinance İnvestisiya Şirkəti” QSC-nin yeganə səhmdarı və Müşahidə Şurasının sədri Abid Məmmədov payının 15,03%-lik hissəsini maliyyə qurumunun direktoru İntiqam Səfərəliyevə ötürüb.

ABC.AZ  report.az-a istinadla xəbər verir ki, bu barədə investisiya şirkəti məlumat yayıb.

Məlumata görə, son nəticədə A.Məmmədovun payı 84,97%-ə düşüb.

Bütün xəbərlər