Azərbaycanın turizm sektoru artacaq - 48 faiz

23.11.2021,16:28


23 noyabr, Fineko/abc.az Gələn il Azərbaycanın turizm sektorunda 48 % artım olacağı gözlənilir. ABC.AZ Report-a istinadən xəbər verir ki, nunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Milli Məslisin bu gün keçirilən plenar iclasında - “2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin II oxunuşda müzakirəsində bildirib. "Proqnozun kəskin artımı post-pandemiya dövründə bu sahədə sıçrayışlı artım gözlənilməsi ilə bağlıdır. Növbəti illərdə də turizmdə ikirəqəmli artım olacaq", - deyə o qeyd edib.