Nazir müavini yarımçıq tikililərdən danışdı

17:27 - 23.11.2021


23 noyabr, Fineko/abc.az.  “Azərbaycanda yarımçıq tikililərlə bağlı problemlər var və biz bunu bilirik”.

ABC.AZ-ın Report-a istinadən məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Milli Məslisin bu gün keçirilən plenar iclasında - “2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin II oxunuşda müzakirəsində bildirib.

“Bununla bağlı İqtisadiyyat Nazirliyində işçi qrup da yaradılıb, bütün regionlarda yarımçıq tikililərin monitorinqi aparılacaq. Onların ən vacibləri Dövlət İnvestisiya Proqramına salınacaq, inşası tamamlanacaq”, - deyə o qeyd edib.

Bütün xəbərlər