Yohan Şnayder-Amman Bakıya gəlir

18.04.2018,12:24


18 aprel, Fineko/abc.az. İsveçrənin İqtisadi məsələlər naziri  Yohan Şnayder-Amman

Bakıya gələcək.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən bildirildi ki, nazirin səfəri 2018-ci ilin iyun ayında baş tutacaq.

“Səfər çərçivəsində biznes forumun keçirilməsi nəzərdə tutulur. Nazir, Sumqayıt Kimya Sənaye Parkı və Balaxanı Sənaye Parkı ilə tanış olacaq”, - məlumatda belə deyilir.