Bu ölkənin Mərkəzi bankı 70 milyon dollardan çox vəsaitini satdı

11:39 - 24.11.2021


24 noyabr, Fineko/abc.az. Qırğızıstan Milli Bankı respublikanın valyuta bazarına müdaxilə edərək 70 milyon dollardan çox vəsait satıb.  ABC.AZ xəbər verir ki, ümumilikdə 70,3 milyon dollar satılıb. Bu, bir ayda ikinci və cari ildə respublikanın valyuta bazarına ən böyük həcmdə müdaxilədir. Qırğızıstan Milli Bankı bu cür tədbirlərin köməyi ilə qırğız somunun aparıcı dünya valyutalarına nisbətdə məzənnəsinin kəskin dəyişməsinin qarşısını alır. Amerika valyutasının bazar dəyərinin artması halında bank dolları satır. Əks vəziyyətdə isə bazarda dollar alınır.
Bütün xəbərlər