Bank işçilərinin sayı artıb - Hesabat

12:41 - 24.11.2021


24 noyabr, Fineko/abc.az. 2021-ci ilin oktyabr ayında bank işçilərinin sayı 347 nəfər, yanvar-oktyabr dövründə (10 ayda) isə 1127 nəfər artıb.  ABC.AZ xəbər verir ki, Bank işçilərinin sayı 2021-ci ilin iyul ayında 176 nəfər, avqust ayında 175 nəfər, sentyabr ayında isə 144 nəfər artıb. Müqayisə üçün qeyd edək ki, ilin sonunda bank işçilərinin sayı 18 min 708 nəfər ikən, 2021-ci ilin oktyabr ayının sonunda 19 min 835 nəfər təşkil edib. Pandemiyadan əvvəl Azərbaycandakı bank işçilərinin sayı 20 minə yaxınlaşmışdı (31 mart 2020-də 19 min 846 nəfər). Oktybar ayının sonuna olan məlumata görə, Azərbaycandakı 26 bankın 473 filialı və 97 şöbəsi fəaliyyət göstərib.
Bütün xəbərlər