BDU-nin yeni yataqxanaları tikiləcək

14:38 - 24.11.2021


24 noyabr, Fineko/abc.az.  Bakı Dövlət Universitetinin yeni yataqxanalarının tikilməsi üzərində iş gedir. Bununla bağlı dövlət-özəl tərəfdaşlığı əsasında hər həftə müzakirələr aparılır.

ABC.AZ xəbər verir ki, bunu jurnalistlərə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev deyib.

Universitetin yeni tikilən 225 nəfərlik yataqxanasının əsaslı şəkildə təmir olunduğunu deyən rektor qeyd edib ki, yataqxana tələbələr üçün lazımi vəsaitlərlə təmin olunub: “BDU-nun əvvəlki tələbə şəhərciyində xoşagəlməz vəziyyət var idi. Oranı hasarladıq və indi ərazi xüsusi mühafizə altındadır, kənar şəxslərin girişi mümkün deyil”. 

Bütün xəbərlər