“Xiaomi”dən icazə - Bundan sonra smartfonları evdə təmir etmək mümkün olacaq

24.11.2021,15:31


24 noyabr, Fineko/abc.az. “Xiaomi” şirkəti smartfonlarını evdə təmir etməyə icazə verib. ABC.AZ xəbər verir ki, yeni imkanın hələki yalnız Hindistanda əlçatan olacağı güman edilir. Qeyd edək ki, bundan əvvəl də “Apple” “evdə təmir” proqramının ilkin olaraq yalnız ABŞ-da mövcud olacağını açıqlamışdı. Verilən məlumata görə, gələcəkdə proqramın digər ölkələrdə də genişləndirilməsi planlaşdırılır. Müəllif: Elmir Murad