SOCAR Pakistana 1 milyard dollar investisiya yatıracaq?

24.11.2021,16:10


24 noyabr, Fineko/abc.az. SOCAR-ın Pakistana 1 milyard dollar investisiya yatıracağı barədə yayılan xəbərlər həqiqətə uyğun deyil.

ABC.AZ xəbər verir ki, bu barədə şirkətin İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov feysbukda bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Pakistandakı Səfirliyi artıq dünən verilən rəsmi açıqlamada buna aydınlıq gətirilib: “Cənab səfir əslində İslamabad Ticarət və Sənaye Palatasında Azərbaycan və Pakistan arasında ticarət əlaqələrinin artırılması imkanlarını müzakirə edib”. İ. Əhmədov qeyd edib ki, bu gün SOCAR-ın hər hansı bir xarici ölkəyə yeni investisiya qərarı yoxdur.

Müəllif: Elmir Murad