Bu amil hazırda turizm sektorunda əsas pronlemdir

24.11.2021,16:27


24 noyabr, Fineko/abc.az.  "Azərbaycanın turizm sektorunda 75% azalma ilə yadda qalan 2020-ci illə müqayisədə cari ildə canlanma müşahidə olunsa da, real artımla bağlı 2023-cü ilin sonu və ya 2024-cü ildə danışmaq daha məqsədəuyğun olar".

ABC.AZ  Apa-ya istinadən xəbər verir ki,  bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) nəzdində fəaliyyət göstərən Turizm komissiyasının sədri Ruslan Quliyev deyib.

Komissiya sədri əlavə edib ki, turizm sektorunda hazırda əsas problem PCR testlərlə bağlı qoyulan mütləq tələbdir, bu da, öz növbəsində, turizm paketini büdcə baxımından ağırlaşdırır.