Azərbaycanda pul kütləsi 11 faiz artıb - 10 ayın hesabatı

17:09 - 24.11.2021


23 noyabr, Fineko/abc.az.  Cari ilin 10 ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 11,2 faiz artaraq 22 milyard 578,3 milyon manat təşkil edib.

ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, bank sektorunun xarici öhdəlikləri 4,4 milyon manat azalaraq 1 milyard 113,2 milyon manat olub.

Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident fiziki şəxslərin cari hesablarındakı azalma ilə əlaqədardır.

Bütün xəbərlər