Əhalinin nominal gəlirləri açıqlanıb - Hesabat

17:25 - 24.11.2021


24 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında ölkə əhalisinin nominal gəlirləri 47 milyard 259,8 milyon manat olub. Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, nominal gəlirlər hər nəfərə orta hesabla 4718,8 manat təşkil edib. Sözügedən dövrdə bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 42 milyard 394,6 milyon manatlıq vəsait qalıb.
Bütün xəbərlər