Bu metro stansiya gələn il istifadəyə veriləcək

11:01 - 25.11.2021


25 noyabr, Fineko/abc.az. Bakıda Cəlil Məmmədquluzadə küçəsində yerləşəcək, şərti adı “B-4” olan metrostansiyasının inşası davam edir.

ABC.AZ xəbər verir ki, artıq stansiyanın bəzi hissələrində işlər yekunlaşmaq üzrədir.

Uzun müddətdir ki, Xocasən qəsəbəsində də yeni stansiyanın tikintisi aparılır. Bu stansiyanın gələn ilin sonuna istifadəyə veriləcəyi nəzərdə tutulub. Paytaxtın Nəsimi rayonu ərazisində inşa edilən yeni metro stansiyasında tikinti işləri sürətləndirilib. Ərazinin relyefindən asılı olaraq işlər 29-32 metr dərinlikdə icra edilir. Şərti adı B-4 olan stansiya Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasındakı ərazidə yerləşir. Stansiyada tikinti işləri üç zonaya bölünməklə aparılır. Qeyd edək ki, tikintisi davam etdirilən stansiyanın gələn ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulur.

Bütün xəbərlər