Tələbə kreditləri belə olacaq - Nazir müavini açıqladı

14:10 - 25.11.2021


25 noyabr, Fineko/abc.az. Təhsil Tələbə Kredit Fondu tələbə kreditlərinin yuxarı həddini müəyyən edib. Fondun Himayəçilər Şurasının Nazirlər Kabineti ilə razılaşmasına əsasən, bu kredit hər il tələbə qəbulu zamanı təhsil haqqı məbləğində olacaq. ABC.AZ xəbər verir ki, bunu brifinqdə təhsil nazirinin müavini İdris İsayev deyib. O qeyd edib ki, burada hər hansı məhdudiyyət nəzərdə tutulmayıb. "Ən aşağı məbləğ subbakalavrlardadır. İllik təhsil haqqı 400 manatdır. Ən yüksək isə magistratura səviyyəsi üçün 10 min manatdır" deyə İdris İsayev deyib. Müəllif: Elmir Murad
Bütün xəbərlər