Təhsil haqlarının ən aşağı və ən yuxarı olduğu universitetlər - Siyahı

25.11.2021,14:25


25 noyabr, Fineko/abc.az Ən aşağı təhsil haqqı regionlarda, ən yuxarı isə 10 min manat ADA universitetindədir. ABC.AZ xəbər verir ki, bunu brifinqdə təhsil nazirinin müavini İdris İsayev deyib. Nazir müavini qeyd edib ki, hər bir ixtisas üzrə ödənişli təhsil alan tələbələrə mübasibətdə bu məbləğ müəyyən edilir. Tələbələr təhsil kreditləri təhsil müddəti bitdikdən sonra 10 il ərzində qaytarmalıdırlar. Nazir müavini əlavə edib ki, təhsil tələbə krediti dünyada 1960-cı ildən başlanılıb və hazırda 60 ölkədə tətbiq olunur. Müəllif: Elmir Murad