Doqquz ayda ən çox qeyri-neft-qaz məhsulları ixrac etdiyimiz ölkələr - Siyahı

17:15 - 25.11.2021


25 noyabr, Fineko/abc.az.  Cari ilin yanvar-sentyabr aylarında qeyri-neft-qaz məhsullarının ixracı 1 milyard 809,1 milyon dollara bərabər olub.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 41,1 faiz, real ifadədə 28,7 faiz artım deməkdir.

Sözügedən dövrdə 1eyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (32,4 faiz), Türkiyəyə (25,2 faiz), İsveçrəyə (9,6 faiz), Gürcüstana (6,7 faiz), ABŞ-a (3 faiz), Ukraynaya (2 faiz), Braziliyaya (1,7 faiz), Çinə (1,5 faiz), Belçikaya (1,5 faiz), Qazaxıstana (1,4 faiz), Türkmənistana (1,2 faiz), Birləşmiş Krallığa (1,1 faiz), Niderlanda (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Bütün xəbərlər