Naxçıvanda 10 ayda bu qədər kənd təsərrüfatı məhsulları istehsal olunub

10:49 - 26.11.2021


26 noyabr, Fineko/abc.az 2021-ci ilin yanvar-oktyabr aylarında Naxçıvanda 452 milyon 915 min 800 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. ABC.AZ-ın məlumatına görə, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 21677 ton, süd istehsalı 80767 ton olmuşdur. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 4, süd istehsalı isə 1,4 faiz artıb. 2021-ci ilin yanvar-oktyabr aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 50 milyon 710 min 700 manat olub ki, bu da 2020-ci ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 7,2 faiz çoxdur. Bu dövr ərzində mobil rabitə xidmətinin dəyəri 38 milyon 91 min manat təşkil etmiş və bir il öncəyə nisbətdə 1,4 faiz artıb.
Bütün xəbərlər