Bakıda POS-terminallar azalıb, regionlarda isə artıb

26.11.2021,11:30


26 noyabr, Fineko/abc.az . Xəbər verdiyimiz kimi Mərkəzi Bank ötən ay POS-terminalların sayının 61 min 61 ədəd olduğunu açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə  POS-terminalların 59 min 786 ədədi pərakəndə ticarət obyektlərində quraşdırılıb.

POS-terminalların 40 min 57 ədədədi Bakıdakı, 21 min 4 ədədi regionlardakı obyektlərdədir. POS terminalların sayı oktyabr ayında Bakıda 509 ədəd azalıb, regionlarda isə 461 ədəd artıb. Qeyd edək ki, bankların ticarət və xidmət obyektlərində POS-terminallarının sayı 2015-ci ilin dekabr ayında 80 min 301 ədəd çatmış, sonra isə azalmışdı. Müəllif: Elmir Murad