İlham Əliyev: Azərbaycanda demokratik inkişaf yüksək sürətlə gedir

15:13 - 18.04.2018


18 aprel, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev inauqurasiya mərasimində nitq söylədi.

Dövlət başçısının sözlərinə görə, son 15 ildə Azərbaycanda demokratik inkişaf sürətlə davam edir.

“Biz, siyasi islahatları dərinləşdirmişik və bütün azadlıqları: söz azadlığını, mətbuat azadlığını, toplantı azadlığını, siyasi fəaliyyət azadlığını təmin etmişik. Qeyd etmək istərdim ki, Azərbaycan vətəndaşlarının 80%-i İnternet istifadəçiləridir və İnternet ölkədə azaddır. Yəni, demokratik inkişaf siyasəti düzgündür və milli maraqlarımız təmin olunur. Biz bunu kiminsə xoşuna gəlmək üçün deyil, siyasi islahatları dərinləşdirmək üçün, ölkə vətəndaşlarının öz talelərinə sahib olması üçün edirik və seçkilərin nəticələrini bunu bir daha sübut etdi”, - İ.Əliyev belə deyib.

 

Bütün xəbərlər