Nazirlik 500 min manata yaxın müqavilə imzaladı - Qalib şirkətə ödəyəcək

14:21 - 26.11.2021


  26 noyabr, Fineko/abc.az.   İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti inzibati binanın təmiri üçün podratçı seçimi üçün tenderin qalibini müəyyənləşdirib.

ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, “Tenderin qalibi "İdeal TM" şirkəti olub. Şirkət ilə 497 min 323 manat məbləğində müqavilə imzalanıb”, - tender komissiyasından məlumat verilir.
"İdeal TM" Dövlət Vergi Xidmətinin Landau 16 ünvanındakı inzibati binasında təmir işləri aparacaq.

Bütün xəbərlər