Ən yüksək büdcə kəsiri bu ölkədə olacaq - Proqnoz

14:56 - 26.11.2021


 26 noyabr, Fineko/abc.az.  Beynəlxalq Valyuta Fondunun (BVF) son oktyabr proqnozlarına görə, bu ilin sonunda MDB regionunda (Gürcustan və Ukrayna daxil olmaqla) ən yüksək büdcə kəsiri Gürcustanda gözlənilir.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu il Gürcustanın konsolidə edilmiş dövlət büdcəsində ÜDM-in 6,5%-i səviyyəsində kəsir yaranacaq.

Bu göstərici ötən ilki 9,2%-lik kəsirdən daha nikbin görünsə də, yenə sözügedən regionda ən zəif göstəricidir. Qeyd edək ki, ən yaxşı büdcə balansı isə bu il Rusiya və Türkmənistanda gözlənilir. Rusiyada büdcə kəsirinin ÜDM-in 0,6%-inə, Türkmənistanda 0,3%-inə bərabə olacağı gözlənilir. Bu göstərici üzrə ilk üçlüyü qapadan Azərbaycanda isə icmal büdcəsinin builki kəsiri ÜDM-in 1,8%-i səviyyəsində gözlənilir.

Bütün xəbərlər