Ən böyük Banklardan birinin prezidenti vəzifədən gedir

26.11.2021,15:37


26 noyabr, Fineko/abc.az.   Yaponiyanın ən böyük bank qruplarından olan “Mizuho Financial Group”un prezidenti Tatsufumi Sakai gələn il aprelin 1-də vəzifəsini tərk edəcək.

ABC.AZ xəbər verir ki, bu barədə "Mizuho Financial Group" məlumat yayıb. Beləliklə, Sakai bu il maliyyə qurumunun üzləşdiyi bir sıra texniki nasazlıqların məsuliyyətini öz üzərinə götürəcək. Bundan başqa Bankın prezidenti Koji Fujivara və qrupun bir neçə yüksək səviyyəli menecmenti də istefa verəcək.