“Azərsu” yanında İctimai Şuranın üzvləri Mərkəzi Laboratoriyada olub

16:15 - 26.11.2021


26 noyabr, Fineko/abc.az “Azərsu” ASC yanında İctimai Şuranın üzvləri tanışlıq məqsədi ilə Mərkəzi Laboratoriyada olublar. Əvvəlcə Mərkəzi Laboratoriyanın fəaliyyəti ilə bağlı təqdimat keçirilib. 

ABC.AZ xəbər verir ki, Mərkəzi Laboratoriyanın rəisi Elçin Əliyev bildirib ki, 2013-cü ildə fəaliyyətə başlayan laboratoriya 1 il sonra Latviya Milli Akkreditasiya Bürosu tərəfindən ISO-17025 standartı üzrə beynəlxalq akkreditasiyadan keçirilib. Laboratoriya beynəlxalq standartların tələblərinə uyğun cihaz və avadanlıqlarla təchiz edilib. 

Mərkəzi Laboratoriyanın təcrübəsindən istifadə etməklə 9 regional laboratoriya yaradılıb. Quba, Ucar və Oğuz regional laboratoriyaları beynəlxalq akkreditasiyadan keçib.Regional laboratoriyalar Azərbaycanın ucqar ərazilərdə yerləşən mənbələrdəki suyun keyfiyyət göstəricilərini də nəzarətdə saxlamaq imkanı yaradır.

Bütün xəbərlər