İlham Əliyev: prezident seçkiləri xalqın iradəsini əks etdirib

15:26 - 18.04.2018


18 aprel, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev inauqurasiya mərasimində nitq söyləyib.

Dövlət başçısı mərasim zamanı, prezident seçkilərinin xalqın iradəsini əks etdirdiyini söyləyib.

«Azərbaycan xalqı görülən işlərə yüksək qiymət verib, görülən işlərə səs verib, inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs verib. Seçkilər  ədalətli və şəffaf şəkildə keçirilib. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşür. Bu, bir daha onu göstərir ki, seçkilər xalqımızın iradəsini, onun fikirlərini əks etdirir”, - deyə dövlət başçısı bildirib.

 

 

Bütün xəbərlər