Smart-kart tipli sayğaclar onlayn olacaq - Gələn ildən

16:49 - 26.11.2021


26 noyabr, Fineko/abc.az .  Gələn ildən Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin təsdiq etdiyi smart-kart tipli sayğacları onlayn sayğaclar olacaq.

ABC.AZ-ın məlumatına görə, bunu “Azəriqaz”ın Baş direktoru Ruslan Əliyev bu gün keçirilən “Açıq qapı” aksiyasında jurnalistlərə bildirib.
Onun sözlərinə görə, hazırda bunun üzərində iş gedir: “Onlayn sayğaclar hesabına abonentlər sosial şəbəkə üzərindən ödənişi yükləyə biləcəklər”.

Bütün xəbərlər