İlham Əliyev Ərdoğanla görüşdü - Nələr müzakirə edildi?

10:32 - 29.11.2021


29 noyabr, Fineko/abc.az.  Noyabrın 28-də Aşqabadda Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.

ABC.AZ-ın məlumatına görə, görüşdə iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin strateji müttəfiqlik xarakteri daşıdığı bir daha qeyd edildi.

Söhbət zamanı, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində aparılan müzakirələrə toxunuldu, ötən dövr ərzində Türkiyənin təşkilata sədrliyi yüksək qiymətləndirildi. Prezidentlər, həmçinin enerji və nəqliyyat məsələlərini müzakirə edibilər.

Bütün xəbərlər