Dünya birjalarında neft qiymətləri bahalaşıb

29.11.2021,11:05


29 noyabr, Fineko/abc.az. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 2,66 dollar artaraq 75,38 dollar olub.

Xəbər verilir ki, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 3,14 dollar bahalaşaraq 71,29 dollar olub.