OPEC + koalisiyası iclasları təxirə saldı

11:34 - 29.11.2021


29 noyabr, Fineko/abc.az. OPEC + koalisiyası bu həftə keçirilməsi planlaşdırılan iki texniki yığıncağın tarixini dəyişdirib.

ABC.AZ-ın məlumatına görə, bəzi üzv ölkə nümayəndələrinin verdiyi məlumata görə, Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) ortaq texniki komitənin yığıncağını planlaşdırılan tarix olan bazar ertəsi günündən çərşənbə gününə keçirib. Nazirlər səviyyəsində yığıncaq isə çərşənbə axşamı günü yerinə cümə axşamı günü keçiriləcək.

Nazirlər istehsal artımlarını davam etdirib davam etdirməmək mövzusunda qərar verməlidirlər. Müəllif: Elmir Murad

Bütün xəbərlər