Banklarda informasiya təhlükəsizliyi gücləndiriləcək - Yeni qaydalar

11:52 - 29.11.2021


29 noyabr, Fineko/abc.az.  Mərkəzi Bank yerli banklarda informasiya təhlükəsizliyinin gücləndirilməsi üçün müvafiq qaydalar hazırlyaraq onlara təqdim edib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev bildirib.

Onun sözlərinə görə, qaydalara əsasən, banklar daxili informasiya sistemlərini təhlükəsizlik tədbirləri standartlarına uyğunlaşdırmalı və AMB-yə hesabat verməlidirlər: “Hazırda bu istiqamətdə işlər görülür, biz də ABA olaraq AMB-nin sözügedən siyasətinin həyata keçirilməsinə dəstək olmağa çalışırıq”.

Bütün xəbərlər