"Weibo" mikrobloqu yarım milyard dollardan çox vəsait cəlb edəcək

29.11.2021,12:08


29 noyabr, Fineko/abc.az.  Çinin ən məşhur mikrobloq platforması "Weibo"nun operatoru Honq Konq birjasında ikinci dərəcəli listinq vasitəsilə təxminən 547,3 milyon dollar cəlb etmək niyyətindədir.

ABC.AZ-ın məlumatına görə, Pekində yerləşən şirkət 11 milyon səhm buraxmağı planlaşdırır. Qeyd olunur ki, maksimal qiymət 388 Honq-Konq dollarını (49,75 ABŞ dolları) keçməyəcək. Ehtimallara görə, son yerləşdirmə qiyməti cümə axşamına qədər müəyyənləşəcək və dekabrın 8-dən səhmlərin birjada listinqinə başlanacaq.

Qeyd edək ki, "Weibo" mikrobloq xidməti 2009-cu ildə istifadəyə verilib.

Müəllif: Elmir Murad