Kibertəhlükəsizlik şirkətlərinə yatırılan investisiyalar artıb - ABA rəsmisi

12:40 - 29.11.2021


29 noyabr, Fineko/abc.az.   Bakıda "Kibertəhlükəsizlik günü" adlı konfrans keçirilib. ABC.AZ-ın məlumatına görə, konftansda çıxış edən Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov son illərdə kibertəhlükəsizlik şirkətlərinə yatırılan investisiyalardan danışıb.

O qeyd edib ki, sözügedən şirkətlərə yatırılan investisiyaların həcmində əvvəlki illərə nisbətən artım müşahidə olunur. 

Onun sözlərinə görə, növbəti illərdə kibertəhlükənin meydana çıxdığı sahələrin daha da genişlənəcəyi gözlənilir: "Bu, bundan sonra da sözügedən sahədə xərclərin artımını qaçılmaz edir.
Banklar, kredit təşkilatları və digər maliyyə xidməti təqdim edən qurumların həssas məlumatlardan istifadə etdiyi məlumdur və bu da kibercinəyatkarlar üçün həmin sahələri cəlbedici edir. Beləliklə, təhlükəsizliyin əhəmiyyətli olduğu bank sahəsində kiberrisklər ön planda təzahür edir. Təhlükəsizlik banklar üçün hər zaman əhəmiyyətli olub, lakin son zamanlarda yaşanan kiberhücumlar dalğası təhlükəsizliyin əvvəlkindən daha çox diqqətdə saxlanmasını zəruri edir". 

Müəllif: Elmir Murad

Bütün xəbərlər