Prezident onu konsulluqdan geri çağırdı - Sərəncam

14:06 - 29.11.2021


29 noyabr, Fineko/abc.az Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin Rusiya Federasiyasının Yekaterinburq şəhərindəki baş konsulunu geri çağırıb.  ABC.AZ xəbər verir ki, dövlət başçısının sərəncamına əsasən, İlqar Fazil oğlu İskəndərov Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb. Qeyd edək ki, İlqar İskəndərov sözügedən vəzifəyə 2018-ci ildə təyin edilmişdi. 
Bütün xəbərlər