Palata Elmin İnkişafı Fondunda audit apardı - Nəticələr

16:56 - 29.11.2021


29 noyabr, Fineko/abc.az . Hesablama Palatası Prezident yanında Elmin İnkişafı Fondunun gəlir və xərclərinin icrası üzrə apardığı uyğunluq auditinin nəticələrinə dair auditor hesabatını açıqlayıb. ABC.AZ-ım məlumatına görə, Palata qeyd edir ki, Fondun Nizamnaməsinə əsasən, Fondun xərclər smetası, ştat cədvəli və işçilərinin aylıq vəzifə maaşları Nazirlər Kabineti tərəfindən təsdiq edilir və müvafiq Fərmanla ştat sayı 10 nəfər olmaqla təsdiqlənib. Auditin əhatə etdiyi dövrdə Nazirlər Kabinetinin təsdiq etdiyi Qərarla nəzərdə tutulmuş ştat vahidləri ilə yanaşı, inzibati vəzifələrə uyğun statusla (eyni adlı vəzifələr üzrə) işə götürülmüş 12 ştat vahidi də fəaliyyət göstərib. Eyni vəzifə üzrə ştatda olan əməkdaşların əməkhaqları ilə müqayisədə ştatdankənar işçilərin əməkhaqları nisbətən aşağı olub. Belə ki, 01.09.2019-cu il tarixində əməkhaqqı səviyyələrində dəyişiklik də nəzərə alınmaqla, ştatdankənar işçilərin əməkhaqları ştatda olan işçilərin əməkhaqlarından 18,0%-20,0% aşağı olub.
Bütün xəbərlər