İctimai və sosial fondlara dəstək verən şirkətlərə güzəştlər ediləcək - Təklif

30.11.2021,11:14


30 noyabr, Fineko/abc.az.  Azərbaycanda korporativ sosial məsuliyyəti çərçivəsində ictimai və sosial məqsədlər üçün yaradılan fondlara dəstək verən şirkətlərə güzəştlərin müəyyən edilməsi təklif olunur.

ABC.AZ xəbər verir ki, qeyd olunan məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Məlum olduğu kimi, 1 yanvar 2019-cu ildən başlayaraq vergi ödəyiciləri tərəfindən sosial məsuliyyət çərçivəsində elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən vəsaitin müəyyən hissəsi həmin şəxslərin mənfəət vergisi öhdəliyindən azaldılır.