Ötən ay əcnəbilər Azərbaycanda bank kartları ilə nə qədər əməliyyat aparıb?

30.11.2021,12:01


30 noyabr, Fineko/abc.az.   Bu ilin oktyabr ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə Azərbaycanda apardıqları əməliyyatların ümumi dəyəri 124,4 milyon manat təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı"nın noyabr sayında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 99,5 milyon manat yaxud 5 dəfə çoxdur. 2021-ci ilin yanvar-oktyabr aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 960,9 milyon manatlıq əməliyyat aparıblar ki, bu da illik müqayisədə 581,8 milyon manat və ya 2,6 dəfə artım deməkdir. Müəllif: Elmir Murad