Hərraclarda ötən ayla müqayisədə dollar satışı kəskin artıb - 58 faizdən çox

30.11.2021,14:17


30 noyabr, Fineko/abc.az . 2021-ci ilin noyabr ayında Mərkəzi Bankda keçirilmiş 9 valyuta hərracında 853,9 milyon dollar məbləğində valyuta satılıb. ABC.AZ-ın məlumarına görə, bu məbləğ noyabrdakı tələblərin cəminə bərabərdir. Hərraclarda tələb tam təmin edilir. Dövlət Neft Fondu, 2021-ci ilin oktyabr ayı ərzində 539,9 milyon ABŞ dolları məbləğində vəsait satıldığını açıqlamışdı. Beləliklə, oktyabr ayı ilə müqayisədə noyabr ayında valyuta satışı 314 milyon dollar və ya 58,2% artıb.