Özəl ixracda ilk yer yenə pambıq istehsalı şirkətinindir - 100 milyonluq ixrac aparıb

15:14 - 30.11.2021


30 noyabr, Fineko/abc.az.  Azərbaycanın pambıq istehsalçısı "MKT İstehsalat Kommersiya" MMC 2021-ci ilin yanvar-oktyabr ayları ərzində  qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk yeri tutub.

ABC.AZ xəbər verir ki, 2021-ci ilin 10 ayında "MKT İstehsalat Kommersiya" tərəfindən 96,2 milyon dollarlıq məhsul ixrac edilib. "MKT"nin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 77,5% artıb. Şirkət 2020-ci ilin 10 ayında 54,2 milyon dollarlıq məhsul ixrac etmişdi. 

Bütün xəbərlər