Neft yenə ucuzlaşdı - Səbəblər

15:20 - 30.11.2021


30 noyabr, Fineko/abc.az. Neft bu həftəyə sürətli bir yüksəlişlə başlasa da bu gün yenidən ucuzlaşıb.

ABC.AZ xəbər verir ki, ekspertlər iddia edir ki, ucuzlaşma ABŞ-ın əczaçılıq şirkəti "Moderna"nın Baş direktoru Stefan Banselin açıqlamasından sonra qeydə alınıb. Belə ki, S.Banselin yeni növ koronavirusa qarşı mövcud peyvəndlərin "Omicron" ştammı üçün təsirsiz olduğunu deməsindən sonra Brent fyuçersləri təxminən 5% düşüb.

Bansel "Financial Times"a verdiyi müsahibəsində qeyd edib ki, virusun insan hüceyrələrinə daxil olmaq üçün istifadə etdiyi zülaldakı çoxlu sayda mutasiya, ehtimal ki, mövcud vaksinlərin modifikasiyasını tələb edəcək.

Bütün xəbərlər