Bu layihələrə Azərbaycan 16 milyard dollardan çox vəsait yatırıb - Hesabat

30.11.2021,16:02


30 noyabr, Fineko/abc.az. Bu günə qədər “SOCAR Terminal”, “Petkim”, “Star” Neft Emalı Zavodu və TANAP daxil olmaqla investisiya xərcləri 16,5 milyard dolları keçib.

ABC.AZ xəbər verir ki, bu barədə “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) baş direktoru Zaur Qəhrəmanov mətbuat konfransında deyib.

O bildirib ki, layihənin investisiya xərcləri “Star” Neft Emalı Zavodu üzrə 6,3 milyard dollar, depolama üzrə 600 milyon dollar, “SOCAR Konteyner Terminalı” üzrə 400 milyon dollar, “Petkim” özəlləşdirməsi üzrə 2 milyard 40 milyon dollar və əlavə olaraq, hər il təxmini 100 milyon dollar, TANAP üzrə isə 6,5 milyard dollar olub.