"AzFinance İnvestisiya Şirkəti"-nin istiqrazları listinqə daxil edilib

17:19 - 30.11.2021


30 noyabr, Fineko/abc.az. Bugün Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AzFinance İnvestisiya Şirkəti" QSC -nin ümumi dəyəri 1 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

ABC.AZ BFB-yə istinadən xəbər verir ki, ticarət tarixi hərracdan 2 gün əvvəl emitent tərəfindən bildiriləcəkdir.
Diskontlu, təminatsız, sənədsiz adlı istiqrazlar hər birinin nominal dəyəri 1000 manat olmaqla 1000 ədəddir. Tədavül müddəti 3 təqvim ilidir.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.

Bütün xəbərlər