Neft bahalaşır, Brent barrel başına $71,18 təşkil edir

10:03 - 1.12.2021


1 dekabr, Fineko/abc.az. Etalon markaların qiymətləri ötən həftə ABŞ-da neft ehtiyatlarının azalması barədə məlumatlar fonunda çərşənbə günü hərraclarda artmaqdadır.

Amerika Neft İnstitutunun (API) məlumatına görə, ötən həftə ABŞ-da neft ehtiyatları 747 min barrel azalıb.

Saat 09:25-də London ICE Futures birjasında keçirilən hərracda Brent neftinin fevral fyuçersi $0,61 (0,86%) bahalaşaraq  barrel başına $71,18 təşkil edib.

Noyabrın 30 - da baş tutmuş hərracların nəticələrinə görə, fevral ayına olan Brent neftinin fyuçersi $2,87 (3,91%) düşərək barrel başına $70,57 təşkil edib.

Saat 09:25-də, Nyu-York əmtəə birjasında (NYMEX) WTI neftinin yanvar ayına olan fyuçersi $1,75 (2,64%) artaraq barrel başına $67,93 təşkil edib.

Noyabrın 30 - da keçirilən hərracların nəticələrinə görə, yanvar fyuçersinin qiyməti $3,77 (5,39%) düşərək barrel başına $66,18 təşkil edib.

 

Bütün xəbərlər