ABŞ-a səyahət çətinləşdirilir?

10:38 - 1.12.2021


1 dekabr, Fineko/abc.az. ABŞ səyahət qaydalarını sərtləşdirməyi planlaşdırır.

ABC.AZ xəbər verir ki, hökumət bu addımı koronavirusun Omikron ştamının yayılması ilə əlaqədar atacağını açıqlayıb.

Belə ki, bundan sonra ABŞ-a hava yolu ilə gələn bütün sərnişinlər, peyvənd vəziyyətləri nə olursa olsun, yola çıxışından sonra bir gün ərzində testdən keçiriləcək.

ABŞ Prezidenti Co Bayden yeni tədbirləri, qış dövründə pandemiyanı nəzarət altına almağa dair planlarının detallarını qarşıdakı günlərdə açıqlamağı planlaşdırır.

 

Bütün xəbərlər