Laçın rayonunda su təchizatı təmin edilib

10:42 - 1.12.2021


1 dekabr, Fineko/abc.az.  “Azərsu” ASC tərəfindən işğaldan azad olunmuş Laçın rayonunda təxirəsalınmaz tədbirlər görülərək hərbi və mülki təyinatlı obyektlərin su təchizatı təmin edilib.

ABC.AZ xəbər verir ki, rayon ərazisində xidməti vəzifələrini yerinə yetirən şəxsi heyətin, eləcə də tikinti-quraşdırma işlərinə cəlb olunmuş mülki əhalinin dayanıqlı içməli su təminatı məqsədilə su mənbələri, magistral kəmərlər və anbarlarda zəruri işlər  görülür.

Qeyd olunur ki, su mənbələrindən obyektlərə ümumilikdə 13 km uzunluğunda müxtəlif diametrli su xətləri çəkilib. Eyni zamanda, zərurət yarandıqda maşınlarla suyun daşınmasının təmin etmək üçün 3 nöqtədə sudoldurucu qüllələr quraşdırılıb. Hazırda Kəlbəcər Sukanal Sahəsi tərəfindən Laçın rayonuna xidmət göstərilir.

 

Bütün xəbərlər