İlon Mask iflasla bağlı xəbərdarlıq edib – Detallar

11:24 - 1.12.2021


1 dekabr, Fineko/abc.az. İlon Mask sahib olduğu “SpaceX” şirkətinin “Raptor” mühərrikinin istehsalı ilə əlaqəli problemlər səbəbindən “real iflas riski” ilə üzləşə biləcəyini açıqlayıb.

ABC.AZ xəbər verir ki, İ.Mask böhranla qarşılaşdıqlarını bildirib.

O qeyd edib ki, Raptor mühərriklərinin istehsalı ilə bağlı böhran bir neçə həftə əvvəl göründüyündən daha pisdir.

"Keçmiş rəhbərliyin gedişindən sonra yaranan problemlərlə məşğul olmağa başlayanda məlum oldu ki, hər şey olduğundan qat-qat çətindir. Uzun müddətdən sonra ilk dəfə həftəsonu istirahət edəcəkdim, amma bunun yerinə Raptor problemi ilə məşğul olacağam”, – deyə milyarder qeyd edib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər